Şəkidə ağır qəza: Dərəyə aşan avtomobildən iki nəfərin meyiti çıxdı - YENİLƏNİB
Şəkidə ağır yol qəzası baş verib.
APA TV-nin Şəki-Zaqatala bürosuna daxil olan məlumata görə, hadisə nəticəsində iki nəfərin öldüyü bildirilib. Qəza gecə saat 03:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 35-ci kilometrliyində Şəki rayonunun Böyük Dəhnə kəndi ərazisindən keçən hissəində qeydə alınıb. 1983-cü il təvəllüdlü, Mingəçevir şəhər sakini, Ruslan Abdurəhman oğlu Osmanov idarə etdiyi “Wolksvagen” markalı 90-LF-573 dövlət nömrə nişanlı avtomobillə Mingəçevir isitqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobil Dəhnə çayı üzərindəki, təxminən 10 metr hündürlükdəki körpüdən aşaraq çaya düşüb. İlkin məlumatda sürücü Ruslan Osmanovun və onun hələki şəxsiyyəti məlum olmayan sərnişininin aldığı ağır bədən xəsarətlərindən hadisə yerində öldükləri göstərilib. Baş vermiş q'za zamanı avtomobil deformasiyaya uğradığından əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon xüsusi riskli xilasetmə qrupu cəlb olunub. Cəsədlər xüsusi avadanalıqlar vasitəsilə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.
DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsindən APA TV-yə verilən məlumata görə, ilkin məlumatda qəza nəticəsində ölən ikinci şəxsin sürücü Ruslan Osmanovun qardaşı Fəqan Osmanov olduğu bildirilsə də, sonradan aparılan araşdırma zamanı fakt təsdiqini tapmayıb. Aparılacaq araşdırmalardan sonra ölən ikinci şəxsin kimliyini demək mümkün olacaq.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub