Ermənilər işğal etdikləri Azərbaycan ərazilərinə od vurdu
Ermənistan Silahlı Qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarında yanğınlar törədib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, erməni hərbçiləri qoşunların təmas xəttinin Ağdam rayonu istiqamətində işğal altındakl Baş Qərvənd kəndinin ərazisinə od vurublar. Qısa müddət ərzində genişlənən yanğın neytral əraziyə yayılıb. Sözügedən istiqamətdə bir neçə mina partlayışı da müşahidə olunub. Yerli sakinlər və aidiyyatlı qurumlar yanğının təmas xəttinin yaşayış olan hissəsinə keçməməsi üçün hazır vəziyyətdə gözləmə mövqeyi tutub.
Xatırladaq ki, cəbhəyanı ərazilərdə biçilməmiş vəziyyətdə xeyli miqdarda arpa və buğda zəmiləri var.
OXŞAR XƏBƏRLƏR
18:49
444
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
639
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1422
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1389
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
1201
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1216