Qadın boksçumuz Avropa çempionatının finalında!
Azərbaycanın boks üzrə milli komandasının qadın üzvü Avropa çempionatında finala vəsiqə qazanıb. Boks üzrə qadınlar arasında keçiriləcək çempionat Rumıniyanın paytaxtı Buxarestdə baş tutacaq. Azərbaycan Boks Federasiyasından APA TV-yə verilən məlumata görə, 69 kq çəki dərəcəsində çıxış edən dünya çempionatının gümüş mükafatçısı Yelena Vıstropova həlledici görüşdə iştirak etmək hüququ qazanıb. Boksçumuz yarımfinalda rumıniyalı Mixaela Kristiana üzərində 3:0 hesablı qələbə qazanıb. Milli komandanın üzvü qızıl medal uğrunda qarşılaşmada İngiltərə boksçusu Stasi Kopelandla üz-üzə gələcək. Boksçumuzun finalda rəqibi olacaq Kopeland yarımfinalda irlandiyalı Klare Graceni məğlub edib.
75 kq çəki dərəcəsində çıxış edən Leyla Cavadova isə yarımfinalda Almaniya təmsilçisi ilə mübarizədən məğlub ayrılaraq, Avropa çempionatının bürünc mükafatına layiq görülüb.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub