Bakıda "avtoş" avtobus sürücüsünə ağır cəza verildi
İyunun 6-da Bakıda yol-hərəkət qaydalarını kobud şəkildə pozan avtobus sürücüsü saxlanılıb. Bakının Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən APA TV-yə verilən məlumata görə, aparılan araşdıma nəticəsində 10-TF-975 dövlət nömrə nişanlı “Daewoo” markalı avtobusun sürücüsü İbrahimov Tural Abdulla oğlu olduğu müəyyənləşib: "Sosial şəbəkədə videosu yayılan avtobus barəsində araşdırma aparılıb, sürücüsü müəyyən edilib. İbrahimov barəsində İnzibati Xətalar Məcəlləsinin 296.1.1 avtoxuliqanlıq maddəsis ilə inzibati məsuliyyətə cəlb olunma tədbiri seçilib".
Nizami Rayon Məhkəməsində hakim Elnur Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə T. İbrahimov məhkəmənin qərarı ilə 30 sutka inzibati həbs və 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə “Neftçilər” metro stansiyasının yaxınlığında yol-hərəkət qaydasının kobud şəkildə pozulmasını əks etdirən video yayılıb.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub