“Hepatit-B” virusundan əziyyət çəkən tele-operatorun dostu donoru oldu
"“Hepatit-B” virusundan əziyyət çəkən tele-operator Nizami Eyvazova artıq donor tapılıb. Operatorun iyunun 12-də əməliyyat olunacağı gözlənilir".
Bunu APA TV-yə hazırda Mərkəzi Neftçilər Xəstəxanasında dövlət hesabına müalicə olunan Nizami Eyvazovun özü məlumat verib. Onun sözlərinə görə, yaxın dostu və həmkarı ona donor olmağa könülü razılıq verib: "Müalicə olunandan sonra vəziyyətim xeyli yaxsılaşıb. Həkimlər onu yoxladı, dedilər ki, dostum donor ola bilər. O, könüllü donor olur".
Operator deyir ki, bir neçə gündür, normal qidalana bilir. Hətta həkimlər xəstəxanada qalxıb gəzməyə də icazə verirlər. Eyni zamanda əvvəlki həftələrə nisbətən daha ağır müalicələr alır: "Həkimlər deyir ki, gələn həftənin 2-3-cü günləri əməliyyat olunmalıyam. Bir iynə var, qiyməti 10 min manatdır. Onu gələn həftə vuracaqlar ki, xəstəlik bədənimdən çıxsın. İnşallah inanıram ki, hər şey uğurlu keçəcək".
Qeyd edək ki, "Hepatit-B" virusuna yoluxan Nizami Eyvazov qaraciyər serrozundan əziyyət çəkir. Nizami Eyvazovun müalicəsi və əməliyyatı dövlət hesabına həyata keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub