Asfaltla dolu yük maşını aşdı, yol saatlarla bağlı qaldı
Göygöl rayonunda asfaltla dolu “Shacman” markalı yük avtomobili aşıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə iyunun 6-da saat 21:00 radələrində Gəncə- Göygöl-Toğana yolunun Aşıqlı kəndi ərazisindən keçən hissəsində baş verib.
“Avtotransyolservis” şirkətinə məxsus olan və Gəncə şəhər sakini, 40 yaşlı Vüqar Kərimovun idarə etdiyi “Shacman” markalı yük avtomobili kənddə yaşayış evinin hasarına çırpılıb, daha sonra isə aşıb.
Qəza zamanı sürücü bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Avtomobildə olan asfalt yola dağılıb.
Yolda hərəkət tam dayandığından Gəncə-Göygöl-Toğana istiqamətində tıxacı yaranıb. Aidiyyəti qurumlar gecə yarısınadək yolun təmizlənməsi işləri ilə məşğul olublar.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub