"İtaliya çəyirtkələri" Qazaxda məhsulu məhv edir
Havaların quraq kecməsi respublikanın bir sıra ərazilərində kənd təsərrüfatı bitkilərinin zərərvericilərinin artmasına səbəb olub. Qazax rayonun Gürcüstan və Ermənistanla sərhəd əraziləri də belə yerlərdəndir. Artıq bir neçə gündür ki, ərazilərdə cəyrtkə sürülərinin artımı müşahidə edilir. Məhsuldarlığa ciddi zərər verən cəyirtkələrə qarşı Kənd Təsərrüfatı Nazirliyi Yaninda Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzi keçən həftədən başlayaraq mübarizə aparır. Qazax rayonunun Gürcüstan və Ermənistanla həmsərhəd olan Aslanbəyli və Şıxlı kəndləri ərazisində əkin sahələrində çəyirtkələrə qarşı mübarizə tədbirlərinə başlanılıb. Bu ərazilərdə sahələr dərmanlanır.
Fitosanitar monitorinqlərə əvvəlcə Gürcüstanla həmsərhəd ərazilərdə başlanılıb. Monitorinqlərin nəticələrinə görə, Zaqatala, Şəki və Qax rayonlarının ərazilərində kiçik ocaqlar formasında “İtaliya çəyirtkələri” aşkar edilib. Ehtimal olunur ki, keçən ilin avqust ayında həmin çəyirtkələr Gürcüstan ərazisindən Azərbaycan ərazisinə miqrasiya edib.
Qeyd edək ki, Qazax rayonunun Aslanbəyli kənd sakinlərinin 1720 ha əkin sahəsi var ki, bunun 800 hektara yaxını taxıl, 290 ha yonca sahəsidir. Çəyirtkələr kəndin yonca və taxıl sahələrinin 50 faizə qədərinə ziyan vurub.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub