Əli Həsənov Ağdamda məsul şəxsləri tənqid etdi
Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ağdam rayonunda olub. O, rayonda məcburi köçkünlər üçün salınan qəsəbədə tikinti işləriylə, inşaat briqadalarının fəaliyyəti ilə maraqlanıb, tikintidə məsul şəxslərlə görüşüb. Qəsəbəyə baxış zamanı müəyyən olunan qüsur və çatışmazlıqlara diqqət çəkən "Qaçqınkom" sədri problemlərin qısa zamanda aradan qaldırılmasına göstəriş verib.
Xatırladaq ki, Ağdam rayonu ərazisində məcburi köçkünlər üçün 632 evdən, 440 yerlik orta məktəbdən, 50 yerlik uşaq bağçasından, içərisində futbol meydançası olan 3 hektarlıq parkdan, inzibati binalar və digər infrastrukturlardan ibarət yeni yaşayış massivi inşa olunur. Yeni qəsəbənin tikintisi üçün rayon ərazisindən 50 hektara yaxın torpaq sahəsi ayrılıb.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub