Sərnişin gediş haqqını istəyən sürücünü bıçaqladı
Cəlilabadda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Cəlilabad rayon sakini, 24 yaşlı Emin Cəfərov müştəri qismində avtomobilə əyləşmiş rayon sakinini dediyi ünvana aparırmış. Lakin müştəri deyilən ünvana çatmamış sürücünü geri qaytararaq ondan avtomobili digər istiqamətdə sürməyi tələb edib. Bu zaman avtomobilin yanacağı bitib. Sürücü Emin Cəfərov yanacaq almaq üçün sərnişindən yolhaqqını tələb etdikdə onlar arasında mübahisə yaranıb. Bu zaman "Qara " ləqəbli sərnişin sürücüyə yaxınlaşaraq üzərindəki bıçaqla ona bir neçə zərbə endirərək aradan çıxıb. Zərərçəkmiş Emin Cəfərov isə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılr, cinayət hadisəsini törətmiş şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub