Donetskdə separatçılar əsir düşmüş 2 ukraynalı polkovniki güllələyib - REAL GÖRÜNTÜ
Donetskdə separatçı İqor Bezler Ukrayna Silahlı Qüvvələrinin əsir düşmüş iki polkovnikinin güllələnməsi anını kameraya çəkərək nümayiş etdirib. "Bes" ləqəbli rusiyalı diversant Turçinova səbrinin tükəndiyini, bundan sonra əsir düşmüş zabitlərə qarşı amansız davranacağını bəyan edib: "İndi cənab Budik və cənab Vasimenko güllələnəcək. Cənab Turçinova demək istəyirəm ki, mənim adamım əsirlikdən azad olmasa, növbəti iki polkovnik güllələnəcək. Daha bir saatdan sonra növbəti iki nəfər. Bununla da bizdə olan 8 zabiti güllələyəcəyik. Əgər Ukrayna Hökumətinə və Silahlı qüvvələrinə zabitlər lazım deyilsə, mənə onlar ümumiyyətlə lazım deyillər".
APA TV-nin xəbərinə Ukrayna Silahlı Qüvvələri faktı təsdiq etməsə də, ekspertlər hesab edirlər ki, çəkiliş quramadır. Əsirlərn birinin əynində ağ köynəyin tər-tərmiz olması şübhə doğurur.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub