Bakıda yanacaqdoldurma məntəqəsində avtomobil yanıb
Paytaxtda yanacaqdoldurma məntəqəsində avtomobil yanıb. APA TV-nin xəbərinə görə, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “ABU” yanacaqdoldurma məntəqəsində dayanan "VAZ-2106” markalı avtomobil qəflətən baş verən yanğın nəticəsində yararsız vəziyyətə düşüb.
"ABU petrol"un direktoru Eldar İbadullayev bunları deyib: "Burda benzin doldururdu, qəflətən avtomobil alışmağa başladı. Bütün səylərimiz nəticəsində avtomobili buradan uzaqlaşdıra bildik".
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və yanacaqdoldurma məntəqəsinə keçməsinin qarşısı alınıb: "Xəsarət alan olmayıb, yanacaqdoldurma məntəqəsinə isə ziyan dəyib. Hazırda yanacaqdoldurma məntəqəsi fəaliyyətini bərpa edib".
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub