Stepan Safaryan: "Rusiya Ermənistanı yox, Azərbaycanı strateji tərəfdaş hesab edir"
"Rusiya "Avrasiya dramı" ilə Azərbaycanla bağlı məsələləri həll etməyə çalışır və bunun üçün Ermənistandan istifadə edir".
APA TV-nin məlumatına görə, bunu Ermənistanın "İrs" partiyasının baş katibi Stepan Safaryan deyib. Onun sözlərinə görə, rəsmi Moskvanın bu addımı Ermənistanın alçaldılmasıdır. Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri ilə bağlı verdiyi açıqlamada Azərbaycanı Moskvanın strateji tərəfdaşı adlandırmasından narahatlığını ifadə edən “İrs” partiyasının baş katibi bildirib ki, hazırda Ermənistan üçün fövqəladə təhlükəli vəziyyət yaranıb: "Bu isə normaldır. Rusiya bizi öz düşmənləri ilə əməkdaşlıq etməyə qoymur, amma özü düşmənlərimizlə tərəfdaşlıqdan imtina etmir".
O qeyd edib ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin strateji tərəfdaş həddinə çatması üçün addımlar çoxdan atılıb: "Rusiya Azərbaycanı Qərbdən ayırmaq istəyir. Bu isə Ermənistandan fərqli olaraq çox çətindir. Rusiya prezidenti bir tərəfdən "Dağlıq Qarabağ"ın sərhədlərini təyin edilməsi məsələsini qaldırır, digər tərəfdən Azərbaycana müasir silah satır. Artıq sözün həqiqi mənasında Rusiya Azərbaycanı strateji tərəfdaş hesab edir".
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub