"Sovetski"dən köçmək istəyən 1500 ailə ərizə ilə müraciət edib
Bakının “Sovetski” məhəlləsində evlərini müəyyən edilmiş şərtlərlə satmaq istəyən ailələrin sayı 1500-ə çatıb. APA TV-nin məlumatına görə, bunu Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov bildirib. 1043 mənzilin sahibi ilə razılaşma protokolu imzalandığını deyən komissiya sədri on da bildirib ki, artıq 1005 əmlak sahibinin bank hesabına vəsait köçürülüb. Köçürülmə işləri yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparılır. Komissiya sədri söküntü ərazisinə düşən 3200 ünvanda daşınmaz əmlak obyektlərində dəqiq ölçü işlərinin aparıldığını, 140 mənzil və qeyri-yaşayış sahəsinin söküldüyünü də açıqlayıb. Qeyd edək ki, “Sovetski” məhəlləsində ümumilikdə 10 minə yaxın ailə yaşayır.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub