Maşın ustası müştərisinin avtomobilini aşırdı
Bakı-Quba avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, magistralda hərəkətdə olan “17 BC 679” dövlət nömrə nişanlı “Vaz 21 09” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə maşında olan 31 yaşlı Şabran rayon sakini Qasımov Emin Amil oğlu ağır xəsarətlər alıb. O, Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinin cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəsarət alan Emin Qasımovun yaxınlarının bildirdiyinə görə, o, avtomobil ustasıdır. Qəzaya düşdüyü nəqliyyat vasitəsi isə, onun müştərilərindən birinə məxsusdur. Hadisənin dəqiq başvermə səbəbləri BDYPİ-nin istintaq və təhqiqat bölməsində aparılan araşdırmaların sonunda məlum olacaq.
OXŞAR XƏBƏRLƏR
18:49
501
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
694
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1474
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1394
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
1207
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1221