Komitə sədri İmişlidə qəbul keçirdi
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov İmişli şəhərində vətəndaşları qəbul edib. APA TV-nin xəbərinə görə, İmişlidə yerləşən Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Q.Məmmədov Biləsuvar, Beyləqan, Saatlı, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarından olan 40-dan çox vətəndaşı qəbul edib.
Qəbul zamanı vətəndaşların bəzisi Rusiya və digər xarici ölkələrin ərazisində müvəqqəti yaşamaları ilə bağlı onların adlarının yerli aqrar islahat komissiyasının səhvindən siyahıya salınmaması, mülkiyyətçilər arasında sərhəd mübahisəsi, bir qismi torpaq islahatı ilə bağlı müvafiq sənədlər işlənib tərtib edilərkən adlarında, soyadlarında və sair müəyyən texniki qüsurlara yol verildiyi barədə müraciətlər edib.
Müraciətlərdə qaldırılan məsələlərin həlli bilavasitə Komitəyə aid olduğu hallarda, mütəxəssislər vasitəsilə yerlərdə qəbul günü yer quruluşu ölçmə işləri aparılaraq torpaq sahələri həmin vətəndaşlara təkrarən tanıdılıb.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub