Naxçıvanla sərhəddə iki erməni öldürüldü
Azərbaycan hərbçiləri tərəfindən cəbhə xəttində Ermənistan Ordusunun iki hərbçisi məhv edilib. Erməni hərbçilər bu gün Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhədində öldürülüb.
Ermənistan Müdafiə Nazirliyi məhv edilən hərbçilərin adlarını da açıqlayıb.
Bunlar 1988-ci il təvəllüdlü Andranik Samveloviç Yeqoyan və 1992-ci il təvəllüdlü Boris Benikoviç Qasparyandır.
Qeyd edək ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhədində erməni hərbçilərinin açdığı atəş nəticəsində Azərbaycan Ordusunun bir hərbçisi şəhid olub.
Xatırladaq ki, bu günlərdə Silahlı Qüvvələrin hissə və bölmələrinin cəbhə bölgəsindəki genişmiqyaslı təlimləri zamanı müdafiə naziri, general-polkovnik Zakir Həsənov komandir heyəti ilə keçirdiyi müşavirədə düşmənə qarşı daha amansız olmağı, cəbhə xəttində xidmət edən hərbçilərə qarşı tərəfin bütün addımlarına adekvat cavab verməyi tapşırıb.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub