“20 Yanvar” Cəmiyyətinin sədri qəzaya düşdü
Cəlilabadda yol-nəqliyyat qəzası baş verib. APA TV-nin xəbərinə görə, hadisə iyunun 5-də günorta saatlarında Ələt-Astara magistralının 145-ci kilometrliyində - yolun Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini Yaqub Məmmədovun idarə etdiyi "Ford" makalı, sərnişin mikroavtobusu Cəlilabad rayonunun Göytəpə şəhər sakini Mirşamil Mürsəlovun idarə etdiyi "Oka" markalı, minik avtomobili ilə toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. "Oka" maraklı avtomobilin sürücüsü Mirşamil Mürsəlov Cəlilabad rayonundakı “20 Yanvar” Cəmiyyətinin sədridir.
Qarşımdan gedən Ford markalı maşın birdən birə fırladı geri dönməyə. İstədim qabağından keçəm, bu da qabağa verdi, maşın dəydi.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub