"Məkkə və Mədinə kimi müqəddəs şəhərlərdə təhlükəli virus yayılmayıb" - RƏSMİ
"Yaxın Şərq "tac" virusu kimi tanınan virusla bağlı məsələyə xüsusi diqqət ayırır, xəstəliyin qarşısının alınması istiqamətində tədbirlər görülür".
APA TV-nin xəbərinə görə, bunu Səudiyyə Ərəbistanı parlamentinin Azərbaycanla Dostluq Qrupunun rəhbəri Abdullah ibn Muhəmməd Ən-Nasir Qafqaz jurnalistlərə deyib:
"MERS virusu Səudiyyə Ərəbistanında kütləvi yayılmayıb. Biz bu virusun yayılmasının qarşısını almağa, məhdudlaşdırmağa nail olmuşuq. Bu məsələ KİV-lərdə şişirdilib. Həcc ziyarəti dövrü olmasa da, ümrə ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanına minlərlə insan gəlir və onların arasında bu virusa yoluxma halı qeydə alınmayıb".
Onun sözlərinə görə, bu xəstəliyin yayıldığı yerlər arasında Məkkə və Mədinə kimi müqəddəs şəhərlər yoxdur.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında "tac" adlandırılan virusdan ölənlərin sayı 189 nəfərə çatıb. Ölkədə "tac" virusuna yoluxanların sayı 571 nəfərdir. Ttəhlükəli virus ilk dəfə 2012-ci ilin sentyabrında Səudiyyə Ərəbistanında aşkarlanıb. Fransa, Almaniya, İordaniya və Böyük Britaniyada da virusa yoluxma halları qeydə alınıb.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub