İmişlidə ağır qəza: Ər-arvad öldü, azyaşlı nəvə ağır vəziyyətdədir
İmişlidə ər və arvadın ölümü ilə nəticələnən avtoqəza baş verib. İmişli rayon Polis Şöbəsindən APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, qəza ötən gecə saat 24.00 radələrində İmişli-Qaradonlu avtomobil yolunun Soltanmuradlı kəndindən keçən ərazidə baş verib. Soltanmuradlı kənd sakini 60 yaşlı Əzizalıyev Fəxrəddin idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən sərt döngədə idarəetməni itirib və avtomobil aşaraq, yoldan kənara yuvarlanıb. Hadisə nəticəsində sürücü və həyat yoldaşı, 59 yaşlı Gülnar Əzizalıyeva aldığı xəsarətdən ölüb. Avtomobildə olan 6 yaşlı nəvə - AyxanƏzizalıyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. Yaralının vəziyyəti ağır olduğundan Bakı xəstəxanalarından birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub