Prezident İlham Əliyev türkdilli dövlətlərin başçıları ilə görüşüb
Türkiyədə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev türkdilli dövlətlərin başçıları ilə görüşlər keçirib.
APA TV-nin məlumatına görə, Azərbaycan prezidenti Bodrumda Türkiyə prezidenti Abdullah Güllə görüşüb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə uğurlu inkişafından məmnunluq ifadə edilib strateji əməkdaşlığıın bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısının türkdilli xalqlar və ölkələr arasında əməkdaşlığın, regional əlaqələrin daha da genişləndirilməsi işinə töhfə verəcəyi vurğulanıb.
Prezident İlham Əliyevin Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev Qazaxıstan prezidenti Nursultan Nazarbayevə Avrasiya Ali İqtisadi Şurasının iclasında Ermənistanın Gömrük İttifaqına üzvlüyü ilə bağlı Azərbaycanın mövqeyini dəstəklədiyinə görə öz adından və xalqımızın adından təşəkkürünü bildirib.
Prezident İlham Əliyev Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla da görüşüb.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında iştirak etmək üçün Bodrumda olan dövlət başçıları ötən axşam şam yeməyində də görüşüblər.
Prezidentlər birgə foto çəkdiriblər.
Sonra Türkiyə prezidenti Abdullah Gülün adından dövlət başçılarının şərəfinə şam yeməyi verilib.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub