Bakıda yük maşınları toqquşdu: sürücü ağır yaralandı
Bakının Səbail rayonunda yük maşınları toqquşub. APA TV-nın məlumatına görə, hadisə Bakı-Salyan şossesinin 4cü kilometrliyində, "20-ci sahə"də qeydə alınıb. ürücü Məhəmməd Əsgərov "Shacman" markalı yük avtomobili ilə Bayıl qəsəbəsindən Qaradağ rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək maşını işıqforda dayanan digər "Shacman"a çırpıb. Qəza nəticəsində Məhəmməd Əsgərov ağır yaralanıb. Digər yük maşınının sürücüsü isə xəsarət almayıb.
Hadisə yerinə gələn təcili yardım briqadası yaralı sürücünü xəstəxanaya aparıb. Digər yük maşının sürücüsü isə hadisə yerindən uzaqlaşıb. Yol polisi hadisə yerini tərk edən sürücünün axtarışına başlayıb.
İlkin ehtimala görə, qəzanın baş verməsinə Məhəmməd Əsgərovun idarə etdiyi yük maşının əyləc sistemində yaranan nasazlıq səbəb olub.
Qəzadan sonra yolda tıxac yaranıb. Yol-patrul xidməti əməkdaşdlarının səyi nəticəsində tıxac yaradan qaldırılıb və yolda nəqliyyat vasitələrinin normal hərəkəti bərpa olunub.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi