Bakıda piyada keçidinin uçması işində həbs
Bakıda piyada keçidinin uçması faktı ilə bağlı bir nəfər həbs edilib. Vəkil Anar Qasımlı APA-ya bildirib ki, iş üzrə təqsirləndirilən “MAZ” markalı yük qaldırıcı kranın sürücüsü, Şabran şəhər sakini Tofiq Baba oğlu Balabəyovun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Vəkil məhkəmə qərarından apellyasiya şikayəti verəcəklərini də sözlərinə əlavə edib.
Qeyd edək ki, iyunun 3-də saat 18.40 radələrində Bakı-Salyan yolu 32 ünvanında Şabran şəhər sakini Tofiq Baba oğlu Balabəyovun idarə etdiyi “MAZ” markalı yük qaldırıcı kran piyada keçidini dağıdıb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb.
Baş verən qəza zamanı əks istiqamətdə hərəkətdə olan yük avtomobilinin sürücüsü Bakı şəhər sakini İlkin Həsən oğlu Hüseynov ağır bədən xəsarətləri alaraq Klinik Tibbi Mərkəzə yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub