Əhməd Davudoğlu: "Türk birliyi heç bir ölkəyə qarşı deyil"
Bodrumda Türkdilli Dövlətlərin Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilib. APA TV-nin məlumatına görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun sədrlik etdiyi toplantıya Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Qazaxıstanın xarici işlər naziri Erlan İdrisov və Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayev qatılıblar.
Əhməd Davudoğlu çıxışında bildirib ki, Türk Şurası qardaşlıq bağları üzərində qurulub. Onun sözlərinə görə, türkcə danışan toplumlar fərqli dövlətlərdə yaşasalar da eyni millətdirlər: "Türk birliyi heç bir ölkəyə, heç bir bloka qarşı deyil".
Əhməd Davudoğlu bildirib ki, türkdilli ölkələr bu il kritik proseslərin astanasındadır. Onun sözlərinə görə, NATO qüvvələri türklərin sıx yaşadığı Əfqanıstanı tərk edəcək. Əhməd Davudoğlu qeyd edib ki, Əfqanıstanın gələcəyi Türk dünyası üçün böyük önəm daşıyır. Türkiyənin xarici işlər naziri Ukraynada baş verənlərə də toxunub və deyib ki, türkdilli dövlətlərin birliyinin məqsədi Avrasiyada sülhə, sabitliyə və rifaha nail olmaqdır.
Sonra toplantı qapalı davam etdirilib.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı iyunun 5-də keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub