Lənkəranda ağır qəza: 1 ölü
Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə iyunun 4-də Lənkəran-Lerik şose yolunun 19-cu kilometrliyində, rayonun Təngivan kəndindən keçən hissəsində qeydə alınıb. Lerik rayonunun Piran kənd sakini, 43 yaşlı Qafur Alxasovun idarə etdiyi “Niva” markalı avtomobil Lənkəran rayonunun Şağlakücə kənd sakini, 32 yaşlı Rafiq İsmayılovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə toqquşub. Güclü zərbə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan “Niva”nın sürücüsü hadisə yerində ölüb.
İlkin versiya kimi hadisənin “VAZ-2106” -nın Lerik rayonu istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək qarşıdan gələn “Niva”-ın qarşısına çıxması nəticəsində baş verdiyi bildirilir. Hadisənin dəqiq səbəbləri avtoekspertizanın rəyindən sonra bəlli olacaq.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub