Suriyada prezident seçkiləri keçirildi
Suriyada keçirilən prezident seçkilərindən sonra səslərin hesablanmasına başlanılıb. APA TV-nin xəbərinə görə, seçkilərdə 3 namizəd iştirak edib. Hazırkı prezident Bəşər Əsəd, Hələbdən olan solçu deputat, 45 yaşlı Mahir Abdul və sabiq nazir, iş adamı, 54 yaşlı Həsən ən-Nuri mübarizə aparıblar.
Suriya qanunlarına əsasən, prezident seçkilərində qalib gəlmək üçün namizədlərdən hər hansı biri 50 faizdən çox səs toplamalıdır. Əks halda, daha çox səs toplayan iki namizəd ikinci turda görüşəcək.
Qeyd edək ki, 2014-cü ilin martında Suriya parlamenti ölkə tarixində ilk dəfə olaraq, bir neçə nəfərin prezident seçkilərində iştirak etməsinə imkan verən qanun layihəsini təsdiqləyib.
Müşahidəçilərin böyük qisminin qənaətinə görə, hazırkı prezident favoriti Bəşər Əsəddir.
Euronews-un məlumatına görə, seçkilərdə aktivlik müşahidə olunub. Ordunun nəzarətində olan ərazilərdə 9600 səsvermə məntəqəsində 117 min 76 seçki qutusu qoyulub. 22 milyonluq Suriya əhalisinin 16 milyon seçicisi var.
Səsvermənin nəticələri sabah elan olunacaq.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub