İmişlidə "KamAZ"la "Mercedes" toqquşdu: 3 yaralı
İmişlidə yük və minik maşınları toqquşub, 3 nəfər xəsarət alıb. Avtoqəza ötən gün Heydər Əliyev Prospektində qeydə alınıb. APA TV-nin xəbərinə görə, Zaur Manafovun idarə etdiyi "KamAZ" markalı yük maşını qarşıdan gələn "Mercedes" markalı avtomobillə toqquşub. Hadisə zamanı minik avtomobilində olan 3 nəfər - Xəyal Teymurov, Ağa Həmidli və Kənan Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan Xəyal Teymurovun vəziyyəti ağırı olduğu üçün Bakı xəstəxanalarından birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:49
523
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
713
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1493
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1399
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
1210
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1224