Riçard Morninqstar: “Azərbaycan Avropanın əsas qaz təchizatçısına çevriləcək”
"Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsindən sonra Azərbaycan dünya bazarında əsas neft təchizatçılarından birinə çevrilib”.
APA TV-nin məlumatına görə, bunu Bakıda keçirilən 21-ci Beynəlxalq Neft və Qaz Sərgisi ilə bağlı ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinin birgə təşkil etdikləri qəbulda ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar deyib.
"Hazırda Cənub Qaz Dəhlizinin inşasının həyata keçirilməsi prosesini izləyirik. Bundan sonra Azərbaycan Avropanın əsas qaz təchizatçısına çevriləcək" - deyə səfir qeyd edib.
Diplomat deyib ki, ötən 20 il ərzində ABŞ-ın regionda enerji siyasəti ardıcıl olub: "İlk olaraq bizim məqsədimiz Azərbaycanın müstəqil və güclü dövlət olması üçün enerji resurslarının işlənməsində ona kömək etməkdir. Güclü və stabil Azərbaycan regional sabitliyə, eyni zamanda dünya, regional və Avropa miqyasında enerji təchizatına önəmli töhfələr verir. İkincisi, biz istəmişik ki, Azərbaycan dünya enerji təchizatının şaxələndirilməsinə öz töhfəsini versin və bu hamı üçün faydalıdır. Bildiyiniz kimi, 20 il ərzində bu məqsədlər istiqamətində böyük irəliləyiş əldə olunub. İndi dünyanın enerji təchizatında Azərbaycanın önəmli rolunu heç kəs şübhə altına ala bilməz".
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub