Bakıda iki qadın qətlə yetirildi
Bakıda iki qadın qətlə yetirilib. Sabunçu Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, Bakıxanov qəsəbəsi, E. Xəlilov küçəsi-1 ünvanında yaşayan 22 yaşlı Elvin Emin oğlu Əzimov anası, 1968-ci il təvəllüdlü Esmira Talış qızı Əzimovanı bıçaqlayaraq qətlə yetirib. Daha sonra Əzimov hadisə yerindən qacmaq istəyərkən hündürlükdən yıxılıb və hər iki ayağı sınıb. Xəstəxanaya catdırılan Elvin Əzimov hazırda polis nəzarətindədir. Hadisənin səbəbi barədə məlumat verilmir.
Daha bir qətl hadisəsi Bakıda Neapol küçəsi 21-də olub. 73 yaşlı qadın qətlə yetirilib. Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, Bakı şəhər sakini, 1949-cu il təvəllüdlü Şərbət Hümbət oğlu Məmmədov şəxsi münaqişə zəminində tanışı, 1941-ci il təvəllüdlü Skoroboqatova İrayida İvanovnanı yaşadığı mənzildə bədənin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbəsi vuraraq öldürüb. Şərbət Məmmədovun uzun illərdir, əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir. O, kimsəsiz qadına maddi yardım göstərirmiş. O da ehtimal edilir ki, hadisəyə mülkiyyətin bağışlanması məsələsi səbəb olub. Bunu qonşular da təsdiq ediblər.
Qətli törədən Ş. Məmmədov tutulub.
Hər iki hadisə ilə bağlı cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub