Mingəçevirdə 27 yaşlı oğlan amansızlıqla qətlə yetirilib
Mingəçevir şəhər sakini qətlə yetirilib. Şəhər Polis Şöbəsindən APA TV -yə verilən məlumata görə, hadisə iyun 2-də şəhərin Təbriz küçəsi 50/2 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1987-ci il təvəllüdlü Tural Quliyev evində meyiti tapılıb. Qonşular hadisə barədə şəhər Polis Şöbəsinə məlumat veriblər. Məlum olub ki, Tural Quliyev aldığı bir neçə bıçaq xəsarətindən dünyasını dəyişib. Tural Quliyevin kim tərəfindən qətlə yetirildiyi hələlik məlum deyil. Hazırda hadisəni törədən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:49
552
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
741
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1523
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1399
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
1210
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1224