ARDNŞ bu il Türkiyədəki layihələrə 5 milyard dollar ayıracaq
"Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti olan “SOCAR Turkey Enerji” 2015-ci ilə qədər Türkiyədəki layihələrinə 5 mlrd. dollar vəsait yatıracaq".
APA TV-nin xəbərinə görə, bunu “SOCAR Turkey Enerji” şirkətinin rəhbəri Kənan Yavuz bildirib. Onun sözlərinə görə, artıq “SOCAR Turkey Enerji” Türkiyənin ən böyük investor olub: “Bu günə qədər şirkət Türkiyədəki layihələrinə 3,5 mlrd. dollar investisiya qoyub. Bu ilin sonuna qədər isə daha 1 mlrd. dollar investisiya əlavə ediləcək. Bu yatırım portfeli neft-kimya, logistika, enerji, daşınma, “TransAnadolu” təbii qaz kəməri layihəsinin, "Petkim" limanının və külək dəyirmanı layihəsinin tikintisinə imkan verəcək, gələcəkdə 20 mlrd. dollara çatdırılacaq”.
Kənan Yavuz xatırladıb ki, keçən həftə “Star” neft emalı zavodunun tikintisində çox böyük uğur əldə olunub. Bu layihənin Avropanın və Türkiyənin ən böyük layihəsi olduğunu deyən “SOCAR Turkey Enerji” şirkətinin rəhbəri onu da bildirib ki, 2017-ci sonunda “Star” neft emalı zavodu fəaliyyətə başlayacaq. Sözügedən zavod tikilib istifadəyə verildikdən sonra bu Türkiyənin ən böyük sənaye şirkəti olacaq.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub