FHN Bayılda sürüşmələrə qarşı iş aparır
Fövqəladə Hallar Nazirliyi (FHN) Bayıl sürüşmə zonasında stabilləşdirmə və ərazinin dayanıqlıq probleminin həlli məqsədilə yerli mütəxəssislərdən ibarət işçi qrupu yaradıb. İşçi qrupu ilə yanaşı, bu məsələlər üzrə dünyada böyük təcrübəyə malik olan Yaponiyanın “Shinyei Kaisha Corporotion” və Hollandiyanın “Vitteven Bos” şirkətlərinin ekspertləri də bu işə cəlb ediliblər. Yerli mütəxəssislər və xarici ekspertlər 800 hektar ərazidə topogeodeziya işləri aparıb, 101 geoloji və hidroloji quyu qazıb, monitorinq şəbəkəsi yaradıb, habelə 3 mərhələdən ibarət ardıcıl tədbirlər həyata keçirməyə başlayıblar. Nazirliyin "Azərinşaatlayihə" Dövlət Baş Layihə-Konstruktor vəTexnoloji İnstitunun direktoru Yusif Nağıyev APA TV-yə görülən işlər barədə məlumat verib."Birinci mərhələdə bayıl sürüşməsinin birinin davanında əks ağırlıq yaratmaq üçün 155 min mt kuba torpaq verilmişdir kipləşdirərək. 4 Terras yaradılıb. Hər terrasın hündürlüyü 5 metrə ikinci mərhələdə bayıl sürüşməsi ərazisində suyun səviyyəsini 3 metrə endirmək üçün 4 dənə direnaj quyusu qazılmışdır. Dibində qazma üsuslu ilə qarizontal direnajlar qazılmışdır. Bugünkü günə müşahidə olunaraq Bayıl sürüşməsində suyun səviyyəsi 95 sm azalıb". Üçüncü mərhələ çərçivəsində işlər davam edir. Bütün bu tədbirlərdən sonra Bayıl sürüşmə ərazisində stabilləşmə təmin olunacaq.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub