Ukrayna qoşunları hücuma keçdi, terrorçu birləşmələr mühasirəyə alınıb
Ukraynanın daxili işlər naziri Arsen Avakov Slavyansk yaxınlığında antiterror əməliyyatının aktiv hücum mərhələsinin başlandığını elan edib. APA TV-nin məlumatına görə, nazir hazırda əməliyyat aparılan ərazidə intensiv atışmaların getdiyini bildirib. Onun sözlərinə görə, terrorçular Ukrayna ordusunun zirehli texnikasına qumbaraatanlardan atəş açıblar. Avakov əməliyyat keçirilən şəhər və qəsəbələrin əhalisinə küçələrə çıxmamağı və terrorçuların mövqelərinə yaxınlaşmamağı xahiş edib. Səhər saatlarından başlayaraq Slavyansk və Kramatorsk sakinləri şəhərlərdə güclü artilleriya atəşlərinin eşidildiyi barədə xəbərlər paylaşırlar. Ukrayna xüsusi təyinatlı birləşmələri və ordu hissələri Slavyanskda terrorçuları mühasirədə saxlayırlar. Terrorçular bir neçə dəfə ordu birləşmələrinin mövqelərini yararaq mühasirədən çıxmağa cəhd etsələr də, bu cəhdlərin qarşısı alınıb.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub