Nazirlik: Bakıda havadakı tozun miqdarı normadan 2-3 dəfə çoxdur
“Bakı və Abşeron yarımadasında bir neçə gündür, müşahidə olunan tozlu hava şəraiti Türkmənistandan hərəkət edən hava kütlələri ilə bağlıdır”.
Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.
U. Tağıyeva bildirib ki, 2-3 gündür, şərq axınlarının üstünlüyü müşahidə olunur: “Artıq bir neçə gündür, şərq istiqamətli külək əsir. Türkmənistandan sahilyanı ərazilərə nisbətən tozlu hava kütlələri daxil olur. Bu, özünü daha çox Abşeron yarımadasında göstərir".
Umayra Tağıyeva deyib ki, zəif külək müşahidə olunduğundan həmin toz kütlələrinin səpələnərək dağılması hələlik mümkün olmur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən isə bildirilib ki, səhər saatlarında atmosfer havasından götürülən nümunələrdə tozun miqdarı normadan 2-3 dəfə çox olub. Bu, çirkləndirici toz deyil, fiziki tozdur, təbii haldır. Departamentdən verilən məlumata görə, sabahdan etibarən şimal küləyi əsməyə başlayacaq. Bundan sonra səpələnmə yaxşı getməlidir. Təxminən 1-2 günə toz səpələnib normal vəziyyətə gələcək.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub