Moskvada azərbaycanlılardan və özbəklərdən ibarət cinayətkar dəstə yaxalandı
Rusiya paytaxtında inkassator avtomobilinə basqın edərək 5 milyon rus rublu - yəni, 145 min ABŞ dolları aparan və tərkibində Azərbaycan vətəndaşlarının da olduğu dəstə yaxalanıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, mayın 22-də paytaxtın "Sadovod" bazarında 4 nəfər miqrant inkassatora hücum edib, sürücü və təhlükəsizlik xidmətinin əməkdaşını yaralayaraq maşındakı 5 milyon rublu oğurlayıblar. Rusiya hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər yaxalanıb.Əməliyyatçılara məlum olub ki, onlar əldə etdikləri pulu döyüşlərin getdiyi Şimali Qafqaz federal dairəsi ərazisində silahlı qrupların formalaşdırılmasına yardım məqsədilə göndəriblər. Hadisəni törətməkdə şübhəli bilinən dörd nəfərin 33-40 yaşlarında olan Azərbaycan və Özbəkistan vətəndaşları olduqları bildirilib. Onların üzərindən odlu silah aşkar olunub. Hazırda faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub