Haaqa Məhkəməsinə Azərbaycanın işğal olunmuş torpaqları, qaçqın və məcburi köçkünlərlə bağlı müraciət olunub
Niderlandda Demokratiya və İnsan Haqları Fondu adlı beynəlxalq təşkilat yaradılıb və ilk olaraq Dağlıq Qarabağdan olan məcburi köçkün və qaçqınların hüquqlarının kobud pozulması ilə bağlı Haaqa Məhkəməsinə müraciət edilib.
APA TV-nin xəbərinə görə, bunu Benilüks Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Elsəvər Məmmədov deyib. O bildirib ki, yeni yaranan beynəlxalq təşkilat Avropadakı Azərbaycan cəmiyyətlərinə sıx bağlı olan yerli cəmiyyətlər tərəfindən yaradıldığı üçün Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı məsələ başlıca prinsipə çevrilib: “Təşkilata rəsmən niderlandlılar rəhbərlik etsə də, Avropanın digər ölkələrində nümayəndəlikləri açılır, o cümlədən Bakıda da ofisin açılması planlaşdırılıb. Fond Niderland parlamentinə, Haaqa Məhkəməsinə Azərbaycanın işğal olunmuş torpaqları, qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulmasının hələ də davam etməsi ilə bağlı müraciət edərək vəsatət qaldırıb. Bunun davamı olaraq Avropa Parlamentinə və BMT-yə də faktla bağlı tələb göndərməyi planlaşdırır”.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub