Azərbaycanda oğurlanan 1 mln. manatın 200 min manatı qəbiristandan tapıldı
Bir neçə ay əvvəl Abşeron rayonunda baş vermiş 1 milyon manatlıq oğurluq əməli ilə bağlı maraqlı faktlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, Xırdalan şəhəri, Şamaxı şosesində yerləşən "Karat" un firmasının baş ofisindən oğurluq etməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Ramiz İmaməliyev pulun bir hissəsini avtomobillərə xərcləyib. O, istintaqa ifadəsində deyib ki, bu il aprelin 11-nə keçən gecə ofisin damından keçərək seyfdəki 1 milyon manatı hissə-hissə çıxarıb. Pulun 200 min manatını Qobu qəsəbəsindəki qəbiristanlıqda, babasının baş daşının altında gizlədib. Həmin pul göstərilən yerdən tapılıb. Qalan pulun bir qismi ilə özünə son model "İnfiniti", qardaşına isə "Mercedes" markalı maşınlar alıb. Əyləncə məkanlarında xeyli pul xərcləyib.
R.İmaməliyev artıq 2 dəfə oğurluq maddəsi ilə məhkum olunub.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub