Serj Sarkisyan: "Nursultan Nazarbayevin səsləndirdiyi fikirlər xoş olmayıb"
"Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi deyil və Qarabağ problemi Gömrük İttifaqında həll olunmur". APA-nın məlumatına görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan hakim partiyanın gənclər təşkilatının qurultayında deyib. Qazaxıstan prezidentinin Avrasiya İqtisadi Şurasının iclasında Azərbaycan prezidentinin məktubunu oxuyarkən səsləndirdiyi fikirlərə münasibət bildirən Serj Sarkisyan Ermənistanın Gömrük İttifaqındakı üzvlüyünə hər hansı maneələrin olmadığını bildirib. SİTAT: “Kim deyib ki, biz Gömrük İttifaqına Dağlıq Qarabağla birlikdə qəbul olunacağıq? Belə bir şey olmayıb və ola da bilməzdi. Çünki ən azı qanunvericiliyimizə və baxışlarımıza əsasən, Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi deyil. Gömrük İttifaqındakı üzvlüyün Dağlıq Qarabağ probleminin həllinə təsir gücünə gəldikdə isə, bu, birmənalıdır. Əlbəttə ki, Nursultan Nazarbayevin səsləndirdiyi fikirlər xoş olmayıb. Lakin bu, bizə hansısa zərər verə bilməz” deyə o vurğulayıb. Xatırladaq ki, Qazaxıstan prezidenti Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanın Avrasiya İttifaqına BMT-nin tanıdığı sərhədləri çərçivəsində qoşula biləcəyini bəyan edib.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub