Bakıda azyaşlı sürücü "Toyota"nı "Lexus"ə çırpdı
Bakının Nəsimi rayonunda sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, zəncirvari qəzada 3 maşın - "Toyota", "Lexus" və "Hyundai" toqquşub. Hadisə yerinə Dövlət Yol Polisinin Nəsimi Rayon Şöbəsinin əməkdaşları gəliblər. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, qəzaya "Toyota"nın azyaşlı sürücüsü səbəb olub. O, idarə etdiyi avtomobili əvvəlcə "Lexus"a, daha sonra isə "Hyundai"ya çırpıb. Yüngül xəsarət alan azyaşlı sürücü 1 saylı şəhər klinik xəstəxanasına aparılıb.
Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Onlar evakutorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıblar.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:49
612
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
794
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1576
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1403
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
1215
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1228