Mehmət Əli Şahin: "Namizədimiz Ərdoğandır"
Ədalət və İnkişaf Partiyasının aparıcı simalarından Mehmət Əli Şahin qarşıdan gələn prezident seçkilərində namizədlərinin Rəcəb Tayyib Ərdoğanın olacağını rəsmən bəyan edib. APA TV-nin məlumatına görə, Şahin bildirib ki, son günlər namizədliklə bağlı müəyyən müzakirələrə, söz-söhbətlərə yol açan xəbərlər dolaşır. Qərara alınıb ki, bütün bu fikrilərə son qoyulsun: “Rəsmən bildirirəm ki, namizədimiz hörmətli Baş nazirimiz Rəcəb Tayyib Ərdoğandır. Düşünürük ki, prezident seçkilərində qələbə əldə etdikdən sonra Ərdoğan partiyasının 2015-ci ilin parlament seçkilərinə də qatılacaq. Nəticədə ölkə Konstitusiyasında dəyişiklik edilərək, prezidentin səlahiyyətləri bir qədər də artırılacaq. Beləliklə, hörmətli Ərdoğan 2023-cü ilə qədər canı qədər sevdiyi xalqına xidmət edəcək”.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub