Rus rublu Krımın pul vahidi elan edildi
İyunun 1-dən Rusiya rublu Krımda və Sevastopolda vahid rəsmi valyuta olub.
APA-nın məlumatına görə, bu barədə Krımın “iqtisadi inkişaf nazirliyinin” saytında məlumat verilib. Ukrayna qrivnası isə, öz növbəsində, xarici valyuta statusu alıb. Məlumata görə, iyunun 1-dən qrivnanın rubl ilə mübadiləsi Krımda fəaliyyət göstərən kredit təşkilatlarının müəyyən etdikləri məzənnə üzrə həyata keçiriləcək. Ötən gün dükanlarda qiymətlər yalnız rublla qeyd olunmağa başlayıb, ictimai nəqliyyatda da ödənişlər artıq yalnız Rusiya rublu ilə həyata keçirilib. Yeni tariflər ötən gün yerli hakimiyyət orqanları tərəfindən müəyyənləşdirilib. Həmçinin Krımda əmək haqları, təqaüdlər, sosial müavinətlər, vergi və mənzil-kommunal ödəmələri üzrə hesablaşmalar bundan sonra yalnız rublla həyata keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub