"Taksim meydanı" hadisələrinin ildönümü: İstanbulda iğtişaşlar baş verdi
İstanbulda polis və etirazçılar arasında toqquşmalar olub. APA TV-nin məlumatına görə, etiraz aksiyaları 2013-cü ilin mayında Taksim meydanında baş tutmuş kütləvi etirazların ildönümü ilə əlaqədar təşkil olunub. Toqquşmalar İstanbul, Türkiyənin paytaxtı Ankara, Adana və bir sıra şəhərlərdə baş verib. İstanbulda asayiş keşikçiləri Taksim meydanı yaxınlığında minlərlə etirazçının qatıldığı aksiyanı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edərək dağıdıb.
Saxlanılan və xəsarət alanlar barədə məlumat verilmir.
Qeyd edək ki, baş nazir Rəcəb Tayyip Ərdoğan bundan əvvəl Taksim meydanında kütləvi etirazların ildönümü ilə əlaqədar aksiyaların keçirilməsinə qoyulan qadağanı pozmağa cəhd edən hər kəsin saxlanılacağını bəyan edib.
OXŞAR XƏBƏRLƏR
18:49
610
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
793
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1575
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1403
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
1215
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1228