Bakıda "Mercedes"-lə "Şkoda" toqquşdu
Bakının Binəqədi rayonu Azadlıq prospektində dairə nişanının tələbinə əməl etməyən sürücü qəzaya səbəb olub. APA-nın məlumatına görə, qəza zamanı "Mercedes" və "Fabia Skoda" markalı avtomobilləri toqquşub. Qəzada sürücülər xəsarət almasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin Binəqədi rayon Şöbəsinin əməkdaşları gəliblər. Aparılan ilkin araşdırma zamanı məlum olub ki, qəzaya "Mercedes"in sürücüsünün dairə nişanının tələbinə əməl etməməsi səbəb olub. Avtomobillər evakutorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırıldıqdan sonra yolda nəqliyyatın hərəkəti normala qayıdıb. Faktla bağlı Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:49
610
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
793
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1576
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1403
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
1215
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1228