Paytaxtda təmirə bağlanan əsas yollar nə vaxt istifadəyə veriləcək?
Bir müddət əvvəl təmirə bağlanan Xocalı prospektinin bir hissəsi istifadəyə verilib. APA TV-nin məlumatına görə, Yusif Səfərov küçəsindən Xocalı prospektinə giriş yolunda aparılan təmir-bərpa işləri tamamlanıb. Nəqliyyatın bu istiqamətdə hərəkəti bərpa olunub. Ərazidə təxminən 800 metrlik hissədə köhnə asfalt-beton örtüyünün qaşınaraq yenisi ilə əvəzlənməsi, xətlənmə, səkilərin yeniləri ilə əvəzlənməsi, kommunikasiya quyularının dəmir-beton piltələrinin və baxış qapaqlarının dəyişdirilməsi işləri yerinə yetirilib. Prospektin "Xətai" metro stansiyasından üzü Yusif Səfərov küçəsi ilə kəsişməsinə kimi olan hissədə isə təmir işləri davam etdirilir. Bu hissənin də yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR
18:49
610
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
793
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1575
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1403
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
1215
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1228