Müdafiə nazirindən tapşırıq: “Erməni əsgəri ya öldürülməli, ya da...”
Son zamanlar cəbhə bölgəsində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edən erməni kəşfiyyat-diversiya qrupları xeyli sayda itki verərək geri çəkilməyə məcbur edilib. APA-nın hərbi mənbədən əldə etdiyi məlumata görə, erməni tərəfinin öz itkiləri barədə sonuncu rəsmi açıqlamaları da nəzərə alınmaqla, qısa müddət ərzində düşmənin ölü və yaralı olaraq onlarla hərbçisini itirdiyi məlum olub. Hərbi mənbə onu da əlavə edib ki, bu günlərdə Silahlı Qüvvələrin hissə və bölmələrinin cəbhə bölgəsindəki genişmiqyaslı təlimləri zamanı müdafiə naziri, general-polkovnik Zakir Həsənov komandir heyəti ilə keçirdiyi müşavirədə düşmənə qarşı daha amansız, daha qətiyyətli olmaqla bağlı zabitlər qarşında xüsusi tapşırıq qoyub. Nazir cəbhə xəttində xidmət edən hərbçilərə qarşı tərəfin bütün addımlarına adekvat cavab verməyi tapşırıb. “Nazir qarşımıza çox ciddi tələblər qoydu və tapşırıqlar verdi. Hətta açıq şəkildə tapşırdı ki, erməni əsgərləri anlamalıdır ki, onu da yanında məhv edilən silahdaşının aqibəti gözləyir. O, ya öldürülməli, ya da yaralanaraq birdəfəlik sıradan çıxarılmalıdır. Azərbaycan torpağından öz evinə işğalçının yalnız meyiti geri qayıtmalıdır” deyə mənbə vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
18:49
612
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
794
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1576
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1403
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
13:32
1215
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
19:38
1228