"Son zəng" günü məktəb qarşısında atışma
Axşam saatlarında Bakının Nərimanov rayonunda kütləvi dava baş verib. Lent.az-ın məlumatına görə, rayonun “Çermet” qəsəbəsi ərazisində, 93 saylı orta məktəbin qarşısında baş vermiş davaya “BMW X6” markalı avtomobilin sürücüsünün yolda avtoxuliqanlıq etməsi səbəb olub. Buna etiraz edən qəsəbə sakinləriylə avtomobildəki sərnişinlər arasında əlbəyaxa dava düşüb. “X6”-dakıların əraziyə kömək üçün xeyli adam çağırmasından sonra vəziyyət daha da qəlizləşib. Qəsəbə sakinləri ilə 30-40 nəfərlik "gəlmələr" arasında gərginlik zamanı naməlum şəxs odlu silahdan havaya bir neçə dəfə atəş də açıb. Bundan sonra hadisə yerinə xeyli sayda polis əməkdaşı cəlb olunub, ərazi nəzarətə götürülüb. Nərimanov rayon Polis İdarəsindən Lent.az-a faktı təsdiq ediblər. İdarədən bildirilib ki, bir neçə nəfər saxlanılıb və faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub