Bakıda traktor 1 ailənin üç üzvünü əzdi
Bu gün səhər saatlarında Dərnəgül şossesində ağır yol qəzası baş verib. Hadisə şahidlərinin bildirdiyinə görə, sürətlə hərəkət edən traktor idarəetməni itirərək yolun kənarında dayanan avtomobilə çırpılıb. Nəticədə avtomobilin yanında dayanan dörd nəfər ağır xəsarət alıb. APA TV-yə verilən məlumata görə, baş verən qəza bu yolda ilk hadisə deyil.
"Bu birinci hadisə deyil. Hadisələr tez-tez baş verir. Hələ burada yol tam istifadəyə verilməyib. Tam istifadə veriləndə nə olacaq? Əgər burada keçid olmayacaqsa, bu hadisələr tez-tez olacaq. Biz xahiş edirik, bu barədə müvafiq orqanlar ölçü götürsünlər. Burada tikilməli olan keçidi nə üçün aparıb "Santralın" yanına çıxardılar".
Hadisə nəticəsində bir ailənin üç üzvü olan 41 yaşlı Nərmin Musayeva, 48 yaşlı Zöhrab Musayev və 17 yaşlı Azər Musayev 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Xəstəxananın həkimi Ədalət Abdullayev onlarn vəziyyətini dəyərləndirib.
"Onların birində qapalı beyin travması, baş beyin silkələnməsi, döş qəfəsinin əzilməsi diaqnozu ilə xəstəxanaya qəbul edilib. Hazırda müayinə və müalicəsi davam edir. Digəri ayaqlarının baldır əzilməsi və çənənin sıyrılmış yarası, üçüncüsü isə sağ ayağın dördüncü daraq sınığı ilə gips qoyulub ambulator müalicə üçün evə göndərilib".
Hələlik şəxsiyyəti məlum olmayan digər şəxs isə 1 saylı Şəhər Klinik Xəstəxanaya aparılıb. Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub