Qaradağda ağır qəza: İçkili sürücü və 5 yaşlı oğlu ölüb, arvadı və digər oğlu yaralanıb
Bakının Qaradağ rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, gənc ailə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 17-ci kilometrliyində yol qəzasına uğrayıb.
29 yaşlı Nəcəfov Emin Şakir oğlunun idarə etdiyi "Audi" markalı avtomobil dəmir arakəsmələrə çırpılıb. Qəza nəticəsində sürücü və 5 yaşlı Xəyyam Nəcəfov hadisə yerində dünyalarını dəyişiblər. Sürücünün həyat yoldaşı, 29 yaşlı Nəcəfova Xəyalə Əli qızı və digər övladı, 2 yaşlı Elmir Nəcəfov isə xəsarətlər alıblar.
Meyitlər deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalıblar. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəliblər və meyitlər avtomobildən çıxarılıb.
İlkin məlumata görə, gənc ailə Bakıdan toydan qayıdırmış və Sahil qəsəbəsinə gedirmiş. Ailə başçısı avtomobili sərxoş vəziyyətdə və sürətlə idarə edib, nəticədə idarəetməni itirib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub