Avropa İttifaqı komissarı: ""Şərqə doğru genişlənməyi istəyiriksə..."
Ukrayna Dövlət Sərhəd Xidməti Rusiyadan ölkə ərazisində daxil olan 3 avtomobilin saxlanıldığını açıqlayıb. Məlumatda bildirilir ki, əvvəlcə “Mercedes-Vito” markalı avtomobil saxlanılıb. APA TV-nin əldə etdiyi məlumata görə, bu avtomobil Rusiyadan gələcək digər avtomobilləri qarşılamalı və müşayiət etməli imiş. Bir müddət sonra qonşu dövlətin ərazisindən hərəkət edən iki “QazEL” saxlanılıb. Avtomobillərdə 28 ədəd AK avtomatı, 6 ədəd pulemyot, 2 ədəd “Muxa” tipli qumbaraatan, 4 ədəd snayper tüfəngi, 40 yeşik qumbara və sursat aşkarlanaraq götürülüb. Bu arada Avropa İttifaqının komissarı Ştefan Füle Ukraynanın, eləcə də Gürcüstan və Moldovanın Avropa Birliyinə üzv olmasını vacib hesab etdiyini açıqlayıb. Bu barədə o, Alman mətbuatına bildirib: "Şərqə doğru genişlənməyi sürətləndirmək istəyiriksə, adıçəkilən ölkələrin üzvlüyü məsələsini tez bir zamanda həll etməliyik. Bu, bizim məqsədimizə çatmağımızı tezləşdirəcək".
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub