Bu gün Azərbaycanın məktəblərində “Son zəng”dir
Bu gün Azərbaycanın bir sıra məktəblərində “Son zəng” qeyd olunur. Hər il ölkədə “Son zəng” tədbirləri mayın 31-də qeyd olunub. Lakin bu il 31 may tarixi şənbə gününə düşdüyündən “Son zəng” tədbirlərinin vaxtında dəyişiklik edilib. Azərbaycanda tədris həftəsi 5 günlük olan orta məktəblərdə “Son zəng” bu gün, tədris həftəsi 6 günlük olan orta məktəblərdə isə mayın 31-də çalınacaq.
Hər il olduğu kimi, bu il də saat 10:00-da başlayacaq “Son zəng” tədbirləri 3 saat davam edəcək və saat 13:00-da yekunlaşacaq. Ümumtəhsil məktəblərində “Son zəng” tədbiri Təhsil Nazirliyinin əvvəlki illərdə müəyyən etdiyi qaydada təşkil olunacaq. Yerli təhsil orqanlarına, ümumtəhsil məktəblərinin rəhbərlərinə tövsiyə olunub ki, “Son zəng” tədbiri bilavasitə müəssisədə keçirilsin, tədbirə ictimaiyyətin nümayəndələri dəvət olunsun, təhlükəsizliklə bağlı lazımi işlər görülsün. “Son zəng” tədbirinin tələb edilən səviyyədə təşkili üçün bilavasitə ümumtəhsil məktəblərinin rəhbərləri cavabdehdirlər.
Tədbirlər planına əsasən, “Son zəng” tədbirləri ilə bağlı polis gücləndirilmiş iş rejimində çalışacaq. Respublikada fəaliyyət göstərən bütün məktəblər polisin nəzarətinə götürüləcək, orta məktəblərin yerləşdiyi ərazilərdə polis naryadlarının sayı artırılacaq və “Son zəng”lə bağlı tədbirlərin məktəblərin ərazisindən kənarda keçirilməsinə imkan verilməyəcək.
Qeyd edək ki, 2013-2014-cü tədris ilində ümumtəhsil məktəblərinin IX sinfini 118 206 nəfər, XI sinfini isə 86 797 nəfər şagird bitirəcək. Bu tədris ilində Azərbaycanda qiyabi ümumtəhsil müəssisələrinin XII sinfini isə 754 nəfər şagird başa vuracaq.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub