Putin Ukrayna prezidentinin andiçmə mərasiminə qatılmayacaq
Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenkonun inauqurasiya mərasiminin tarixi açıqlanıb. Yeni prezident iyunun 7-də and içəcək.
Andiçmə mərasiminin vaxtı bəlli olduqdan sonra daha çox müzakirə olunan mövzu Rusiya prezidenti Vladimir Putinin Ukraynanın yeni dövlət başçısının inauqurasiyasına qatılıb-qatılmayacağı və ya onun mərasimə dəvət olunub-olunmayacağıdır.
Kreml Rusiya prezidentinin qrafikində Poroşenkonun inauqurasiyasında iştirakın olmadığını açıqlayıb. Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, prezident Kiyevdən dəvət almayıb.
Ukraynanın Xarici İşlər Nazirliyi isə Poroşenkonun andiçmə mərasimində iştirak üçün hələlik heç bir xarici ölkə liderinə dəvət yollanmadığını bəyan edib. Nazirlikdən bildirilib ki, protokol tədbirlərinə yaxın vaxtlarda başlanılacaq. Rəsmi Kiyev Vladimir Putinin inauqurasiya mərasiminə dəvət edilib-edilməyəcəyini konkretləşdirməyib.
Qeyd edək ki, Ukrayna Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin sayılmasını başa çatdırıb. Milyarder Pyotr Poroşenko səslərin 54,7 faizini toplayaraq Ukrayna prezidenti seçilib. Yeni prezidentin seçki qərargahı andiçmə mərasiminin gələn həftənin şənbə günü keçiriləcəyini təsdiqləyib. Qərargahdan bildirilib ki, həmin gün yeni prezidentin səlahiyyətlərinin icrasına başlaması ilə əlaqədar Maydanda heç bir kütləvi tədbir nəzərdə tutulmur.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub